İspaniyanın "Atletiko" klubunun sabiq yarımmüdafiəçisi Qabi karyerasını başa vurub.
 
Matc.az xəbər verir ki, ispan futbolçu 37 yaşında sevimli oyunu ilə vidalaşıb.
 
Onun "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir.
 
Qeyd edək ki, Qabi məhz "Atletiko"nun yetirməsidir. O, 2004/05 mövsümündə "Xetafe"də icarədə oynayıb. 2007-2011-ci illər aralığında isə "Saraqosa"da çıxış edən futbolçu 2011-də yenidən Madrid klubuna qayıdıb. 2018-ci ildə isə futbolçu sevimli klubundan ayrılaraq Qətərin "Əl-Sədd" komandasına yollanıb.
 
Qabi İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest