İspaniyalı mütəxəssis Kike Setyen “Barselona”nı məhkəməyə verib.
 
Matc.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Kataloniya klubundan təzminat almaq üçün bu addımı atıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Setyen, bu ilin avqustunda “Barselona”dakı baş məşqçi postundan ayrılsa da, müqaviləsi rəsmi olaraq sentyabrda ləğv olunub. İspan çalışdırıcı Kataloniya klubundan 4 milyon avro təzminat tələb edir.
 
Setyen bu ilin yanvarından avqustuna kimi “Barselona”nı çalışdırıb. Kataloniya klubunun baş məşqçisi hazırda Ronald Kumandır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest