Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov zədəsini sağaldıb. Matç.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, bu barədə "Proyssen" klubunun baş məşqçisi Marko Antverpen məlumat verib.

O bildirib ki, 27 yaşlı forvard komandanın dünənki məşqində iştirak edib. Dadaşovun 1 aylıq sıradan çıxdığı bildirilsə də, 3 həftədən sonra futbolçu komandaya dönüb. Antverpen bunun heç bir risk təşkil etmədiyini və həkimlərin icazəsinin olduğunu söyləyib. Yığmamızın üzvü III Bundesliqanın XX turu çərçivəsində "Fortuna" ilə oyunda meydana çıxa bilər.

Qeyd edək ki, "Proyssen" - "Fortuna" görüşü dekabrın 22-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest