Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün keçiriləcək cavab oyunlar ilklə başa çatacaq. Matç.az saytı xəbər verir ki, meydana çıxacaq komandalardan biri tarixində ilk dəfə yarımfinala yüksələcək.

Bu, "Səbail" – "Zirə" görüşündə rəsmiləşəcək. Rəqiblərdən heç biri indiyədək 1/4 səddini adlamayıb. Buna görə də bu gün sevinəcək komanda ilk müəllifi olacaq.

öz meydanındakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Zirə" cavab matçına cüzi üstünlüklə çıxacaq. Bu onların 29-cu olmaq şansının çox olmasından xəbər verir .

İndiyədək ölkə kubokunda 28 komanda yarımfinal həyəcanı yaşayıb. "Bayıl Arena"dakı xoşbəxt bu siyahıya 29-cu kimi  düşəcək.

Bu cədvələ isə "Neftçi" başçılıq edir. "Ağ-qaralar" 17 dəfə yarımfinal oynayıb. Onları qəbul edəcək "Sumqayıt" isə 2-ci dəfə bu raunda yüksələ bilər. Sonuncular səfərdəki 2:0 hesablı üstünlüyünü qorumalıdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest