28 Sentyabr 2026, 15:53
FUTBOL
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə uğursuz start verib və ilk oyunundaca İrlandiya səddinə ilişib.
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə uğursuz start verib və ilk oyunundaca İrlandiya səddinə ilişib.
Matc.az xəbər verir ki, Albaniyanın Roqojina şəhərində baş tutan B Liqasının B1 qrupundakı oyun yığmamız üçün ağır məğlubiyyətlə yekunlaşıb. Rəqib komanda qızlarımızın qapısından 16 cavabsız top keçirib – 16:0.
Qeyd edək ki, U-17 millimiz bu uğursuzluğun əvəzini çıxmaq üçün növbəti matçını oktyabrın 1-də Kosovoya qarşı keçirəcək. Bu görüşdən 3 gün sonra isə komandamız meydan sahibi Albaniya yığması ilə üz-üzə gələcək.












