Kanadada ilin ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, 2020-ci ilin ən yaxşısı adına "Bavariya"nın futbolçusu Alfonso Deyvis layiq görülüb.
 
Bu barədə Kanada yığmasının mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi karyerası ərzində ilk dəfə bu mükafata layiq görülüb.
 
Deyvis, bu mövsüm "Bavariya" ilə 8 oyuna 1 qol vurub. Kanada yığmasında 17 matça çıxan yarımmüdafiəçi 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest