Futbol üzrə Türkiyə millisinin və "Alanyaspor"un yarımmüdafiəçisi Efecan Karaca koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə klubun bütün kollektivinin koronavirus testindən keçdiyi, yalnız bir futbolçunun testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Klub həmin oyunçunun adını açıqlamasa da, Karaca özü sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu yazıb. Səhhətinin yaxşı olduğunu qeyd edən futbolçu ev şəraitində karantində olduğunu söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest