Futbol üzrə Almaniya Bundesliqasında 2021/22 mövsümünün başlayacağı və başa çatacağı tarixlər müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniya Futbol Liqasının (DFL) rəsmi saytı məlumat yayıb.
 
Yeni mövsümə avqustun 13-də başlaması start veriləcək. İlk turun matçları 13-15 avqustda keçiriləcək. Bundesliqada qış fasiləsi isə dekabrın 19-da başlayacaq və yanvarın 7-dək davam edəcək. ölkə çempionatı mayın 14-də başa çatacaq.
 
Yeni mövsümün ilkin təqvimi Almaniya Futbol İttifaqının (DFL) rəyasət heyəti tərəfindən bu gün təsdiqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest