Türkiyənin "Göztəpə" klubunun kollektivindən koronavirus testi götürülüb.
 
Matc.az xəbər verir ki, nəticədə Super Liqa təmsilçisində 5 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 2 futbolçu və 3 klub işçisinin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Adları açıqlanmayan həmin şəxslər evlərində karantinə alınıblar.
 
Qeyd edək ki, "Göztəpə" Super Liqanın 11-ci turu çərçivəsində dekabrın 5-də "Kayerispor"u qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest