Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyununda istifadə üçün tələb olunan mətbəx avadanlıqların alınması ilə bağlı AFFA tender elan edib.
 
Matc.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.
 
Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən malların 2021-ci il fevralın 15-dəktəhvil veriləcəyinə dair zəmanət məktubunu 2021-ci il yanvarın 5-i saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.
 
Qeyd edək ki, AÇ-2020 koronavirus pandemiyası ilə əlaqədar gələn il 11 iyun - 11 iyula təxirə salınıb. Oyunlar Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest