"Nemanya Andyelkoviçlə razılaşmışıq". Bunu matc.az saytına "Zirə" klubunun mətbuat katibi Elmar Abdullazadə deyib.

"Zirə" yaxın günlərdə heyətinə yeni futbolçu cəlb edəcək. Belə ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda serbiyalı müdafiəçi ilə güclənir. Onunla 2,5 il müddətinə müqavilə bağlanacaq. Mətbuat katibinin sözlərinə görə, hazırda Nemanya Andyelkoviçin viza məsələləri ilə məşğuldurlar: "Serbiyalı legioner yaxın günlərdə komandaya qoşulacaq".

Qeyd edək ki, Andyelkoviç karyerası ərzində "Javor-Matis", "Metalak" və "Zlatibor" kimi klubların şərəfini qoruyub. 23 yaşlı futbolçunun "Zlatibor"la 2021-ci ilin yayına kimi müqaviləsi var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest