Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Açılış matçında Münhenqladbax “Borussiya”sı doğma meydanda “Verder”i qəbul edib və minimal hesabla qalib gəlib. “Volfsburq” səfərdə “Maynts”dan, “Hoffenhaym” isə “Herta”dan güclü olub.
 
Turun mərkəzi görüşündə “Bayer” doğma meydanda Dortmund “Borussiya”sının müqavimətini qırmağa çalışıb. Üç qolun vurulduğu bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Almaniya Bundesliqası
17-ci tur
19 yanvar
 
Borussiya (Münhenqladbax) – Verder 1:0
Qol: Elvedi, 66.
 
Maynts – Volfsburq 0:2
Qol: Bialek, 65. Veqorst, 79.
 
Herta – Hoffenhaym 0:3
Qol: Rudi, 33. Kramariç, 68; 88.
 
Bayer – Borussiya (Dortmund) 2:1
Qol: Diabi, 14. Virts, 80 – Brandt, 67.
 
20 yanvar
 
21:30 Şalke – Köln
23:30 Frayburq – Ayntraxt
23:30 Leyptsiq – Yunion
23:30 Auqsburq – Bavariya
23:30 Arminiya – Ştutqart

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest