“Sabah” klubu Ozan Can Kökcünu “Telstar”a mövsümün sonunadək icarəyə verib.

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcü Niderlandın “Telstar” klubuna keçidindən danışıb.
 
Matc.az xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan və bir neçə gün öncə “Telstar”a icarəyə verilən futbolçu, yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“Yenidən Niderlanda qayıtdığım üçün sevinirəm. “Telstar” əla futbol oynayır. Keyfiyyətli komandaya gəlmişəm. Əvvəllər də Niderlandda oynadığım üçün bu komandanı yaxşı tanıyıram. Burda yaxşı 6 ay keçirəcəm. Düşünürəm ki, burda oynamaq mənə müsbət təsir edəcək. Burda çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edəcək”.
 
“Sabah” klubu Ozan Can Kökcünu “Telstar”a mövsümün sonunadək icarəyə verib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest