Futbol üzrə İspaniya La Liqasında 19-cu tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
 
Lider “Atletiko” “Eybar”ın qonağı olub və əzmkar qələbəyə sevinib. “Valensiya” isə “Osasuna”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.
 
“Real”, “Atletik”, “Real Sosyedad” və “Barselona” bu turun görüşlərini superkubok oyunlarına görə daha əvvəl keçirib.
 
İspaniya La Liqası
19-cu tur
19 yanvar
 
Valyadolid – Elçe 2:2
Qol: Miçel, 71. Fernandes, 89 – Xosan, 9; 43.
 
Kadis – Levante 2:2
Qol: Perea, 4. Kala, 28 – Rocer, 8; 11.
 
Alaves – Sevilya 1:2
Qol: Mendes, 12 – En Nesiri, 3. Suso, 30.
 
20 yanvar
 
Xetafe – Hueska 1:0
Qol: Arambarri, 69.
 
Betis – Selta 2:1
Qol: Kanales, 25; 44 – Mina, 15.
 
Vilyarreal – Qranada 2:2
Qol: Pena, 29. Qomes, 65-pen – Soldado, 21. Kenedi, 75.
 
21 yanvar
 
Valensiya – Osasuna 1:1
Qol: U.Qarsiya, 69-öz qapısına – Kalyeri, 42.
 
Eybar – Atletiko 1:2
Qol: Dmitroviç, 12-pen – L.Suares, 40; 89-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest