Ozobiç "Kauri"də oynayacaq ki, bu komandaya Matey Parlov başçılıq edəcək. Onunla eyni komandada qapıçılar Bojidar Radoşeviç və Matey Delaç, sahə oyunçuları Nikola Pokrivaç, Ante Erseq, Petar Bosançiç, Şpiro Perişiç, Vaqner, Yakov Blaqaiç, İvan Kaluşiç olacaq.

Qış fasiləsində vətəni Xorvatiyaya yollanan "Qarabağ"ın futbolçusu Filip Ozobiç istirahət dövrünü də səmərəli keçirməyə qərar verib. Matç.az xəbər verir ki, yarımmüdafiəçi bu müddətdə özünü futzalda sınayacaq.

O, Xorvatiyanın Split şəhərində təşkil olunan ənənəvi turnirin iştirakçısı olacaq. 17-ci dəfə keçirilən Dino Petrinoviçin xatirəsinə həsr olunan turnir dekabrın 26-da baş tutacaq.

Futbol ulduzlarından təşkil olunan və "Tennis", "Kamel", "Kauri" və "Tropik" adlarını daşıyan 4 komanda əvvəl yarımfinal matçları, ardınca canlı yayımlanacaq final oyununa çıxacaq. Xeyriyyə xarakterli tədbirdə həm futbolçular, həm məşqçilər arasında tanınmış simalar az deyil. İqor Tudor, Robert Yarni kimi tanınmışlar məşqçi qismində yer alacaq. Yerko Leko, Oqnyen Vukoyeviç, İvitsa Oliç, İvitsa Mornar, Niko Krançar, Milan Rapaiç, İvan Klasniç kimi oyunçular isə meydana çıxacaq. Vaxtilə Azərbaycanda legioner karyerası yaşamış Flavio Junior da bu turnirdə çıxış edəcək.

Ozobiç "Kauri"də oynayacaq ki, bu komandaya Matey Parlov başçılıq edəcək. Onunla eyni komandada qapıçılar Bojidar Radoşeviç və Matey Delaç, sahə oyunçuları Nikola Pokrivaç, Ante Erseq, Petar Bosançiç, Şpiro Perişiç, Vaqner, Yakov Blaqaiç, İvan Kaluşiç olacaq. Bu komandada daha çox tanınan Ante Rebiç də oynamalı olsa da, zədələnməsi buna imkan verməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest