İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi Kataloniya təmsilçisində yeni rekorda imza atıb.
 
Matc.az xəbər verir ki, 34 yaşlı hücumçu "Barselona" forması ilə İspaniya Kubokunda ən çox matça çıxan oyunçu ünvanına sahib çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Messi buna 1/8 finalda "Rayo Valyekano"nu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
 
Argentinalı forvard klubun sabiq oyunçusu Xosep Samityerin 75 matçlıq rekordunu geridə qoyaraq 76-cı oyununa çxııb. Sonrakı pillələrdə Andres İnyesta (73), Visente Pyera (71) və Xavi Ernandes (70) qərarlaşıb.
 
Qeyd edək ki, Lionel Messi İspaniya Kubokunda 53 qol vurub və 34 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest