2022-ci ildə çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışın məşəlinin dizaynını təqdim edib.
 
Matc.az Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, məşəlin görünüşü hər il Oyunların başlamasına 1 il qalmış təşkil olunan ənənəvi tədbir zamanı nümayiş etdirilib.
 
çinin estetik dəyərini, ənənəsini və inkişaf etmiş texnologiyasını özündə əks etdirən dizayn münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
 
Qeyd edək ki, "Pekin-2022" gələn il 4-20 fevralda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest