Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində növbəti rəqibi müəyyənləşib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində növbəti rəqibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda niderlandlı Aniş Giri ilə qarşılaşacaq.
 
Giri seçmə mərhələni 9.5 xalla 2-ci, Rəcəbov isə 8 xalla 7-ci pillədə başa vurub.
 
1/4 final cütlərinin tərkibi:
 
Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)
 
Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.
 
Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest