“Qarabağ” Futbol Akademiyası aşağı yaş qruplarına seçimlər elan edir.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seçimlər Ağdam rayonu, Quzanlı qəsəbə stadionunda keçiriləcək. 
 
Seçimlərdə iştirak etmək istəyən 2006-2013-cü il təvəllüdlü oğlanlar qeydiyyatdan keçmək üçün bu gündən fevralın 26-dək müraciət edə bilərlər.
 
Seçimlərin əsas mərhələsi martın 5-dən 7-dək reallaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest