"Zirə"nin yeni transferi Filipe Paxtman Bakını tərk edib.
 
Matc.az xəbər verir ki, məşq zamanı zədələnən braziliyalı hücumçu tibbi müəyinədən keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.
 
21 yaşlı forvardın son durumuna məhz oradakı müayinədən sonra aydınlıq gələcək. Əzələsindən xəsarət alan gənc futbolçunun əməliyyat olunacağı istisna edilmir. (Report)
 
Qeyd edək ki, "Zirə" Filipe Paxtmanla 6 ay + 3 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest