Kişi voleybolçular arasında Avropa çempionatının vaxtı açıqlanıb.
 
Matc.az xəbər verir ki, Polşa, Finlandiya, Çexiya və Estoniyada təşkil olunacaq qitə birinciliyi 1-19 sentyabr aralığında keçiriləcək.
 
Bu barədə Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytı məlumat yayıb.
 
Yarışda 24 yığma iştirak edəcək. İlkin mərhələdə komandalar 4 qrupa bölünəcəklər. 16 ən yaxşı yığma pley-offa vəsiqə qazanacaq.
 
Qeyd edək ki, sonuncu Avropa çempionatında Serbiya yığması qalib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest