“Atletiko” İspaniya la Liqasının 25-ci turunda səfərdə “Vilyarreal”a qalib gəlib.
 
Matc.az xəbər verir ki, 2:0 hesabıyla bitən görüş madridlilərin baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.
 
Belə ki, argentinalı mütəxəssis “Atletiko”nun “sükanı arxasında” 308-ci qələbəsinə sevinib.
 
Simeone “Atletiko”nun tarixində ən çox qələbə qazanan Luis Araqonesin rekordunu təkrarlayıb. Lakin Simeone buna daha az oyunda nail olub. O, Madrid təmsilçisi ilə 308 qələbəyə 512, Araqones isə 612 matçda çatıb.
 
Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. Onun rəhbərlik etdiyi komanda bu mövsüm La Liqada 24 oyuna topladığı 58 xalla vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest