Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının böyük məşqçisi Rövşən Bayramov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə üzv seçilib. 40 nəfərdən ibarət siyahıya ikiqat olimpiya mükafatçısı da daxil edilib.
 
İdarə Heyəti YAP-ın VII qurultayında formalaşıb.
 
Qeyd edək ki, Rövşən Bayramov 2007-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində Avropa çempionu olub. Sabiq yunan-Roma güləşçisi 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya çempionu adını qazanıb. Bayramov 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest