Yoahim Löv futbol üzrə Almaniya milli komandasından ayrılmağa qərar verib.

Yoahim Löv futbol üzrə Almaniya milli komandasından ayrılmağa qərar verib.
 
Matc.az xəbər verir ki, 61 yaşlı mütəxəssis bu il keçiriləcək Avropa çempionatından sonra baş məşqçi postunu tərk edəcək.
 
Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Löv DÇ-2022-nin sonuna qədər olan müqaviləsinə AÇ-2020-dən sonra xitam verilməsi ilə bağlı federasiyaya müraciət ünvanlayıb. Almaniya Futbol İttifaqı da onun bu müraciətini müsbət cavablandırıb.
 
Qeyd edək ki, Yoahim Löv 2004-cü ildən Almaniya millisində çalışır. O, iki il köməkçi-məşqçi kimi işlədikdən sonra 2006-cı ildə baş məşqçi təyin olunub. Bundestim onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu, 2017-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest