DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin A qrupundakı rəqiblərindən olan Lüksemburq yığması yoldaşlıq oyunu keçirəcək.
 
Matc.az xəbər verir ki, sözügedən komanda Şotlandiya milli komandası ilə üz-üzə gələcək.
 
Bu barədə Lüksemburq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə Lüksemburq – Şotlandiya matçının iyunun 6-da baş tutacağı diqqətə çatdırılıb.
 
Qeyd edək edək ki, Azərbaycan millisinin qrupda növbəti matçı səfərdə Lüksemburq seçməsinə qarşı olacaq. Sentyabrın 1-də baş tutacaq oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. İlk 3 turdan sonra xal qazana bilməyən Canni De Byazinin rəhbərlik etdiyi kollektiv sonuncu pillədə qərarlaşıb. Lüksemburqlular isə 3 xalla 3-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest