Azərbaycan Boks Federasiyası (ABF) Ukraynada SSRİ idman ustası Nikolay Mangerin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin Təşkilat Komitəsinə etiraz məktubu göndərib.

Azərbaycan Boks Federasiyası (ABF) Ukraynada SSRİ idman ustası Nikolay Mangerin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin Təşkilat Komitəsinə etiraz məktubu göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev məlumat verib.
 
Təcrübəli mütəxəssisin sözlərinə görə, komanda pandemiya səbəbindən yarışda iştirak etmədiyi halda, boksçularımız haqqında yalan məlumat yazıblar: "Püşkatmanı elə hazırlayıblar ki, guya, biz turnirdə mübarizə aparırıq. Bu, birbaşa təşkilatçıların günahıdır. Belə şey olar? Fikrimcə, federasiyadan qarşı tərəfə zəng də olunacaq və lazımi iradlar bildiriləcək. Tək biz yox, digər komandaların bəziləri də turnirə gedə bilməyiblər".
 
Abdullayev bildirib ki, gənc boksçuların turnirdə iştirakı nəzərdə tutulsa da, Ukraynaya yollanmaq mümkün olmayıb: "Bizim özümüzə də maraqlı idi ki, uşaqlar döyüş təcrübəsi qazansınlar. çoxdandır yarışlara qatılmırlar. Amma pandemiya səbəbindən səfər baş tutmadı".
 
Yığmanın böyük məşqçisi Azərbaycan boksçularının rinqə çıxmaqdan imtina etmələri barədə yalan məlumat yayan Ermənistan mətbuatının da cavabını verib: "Ermənilər qələt edirlər, biz döyməyə erməni axtarırıq. Təəssüf ki, yarışa gedə bilmədik, əlimizdən qaçdılar. Biz erməni ilə görüşə çıxmasaq, vətən xaini olarıq. Heç vaxt belə şey etmərik. Rinqə çıxıb, onların başına oyun açarıq. Sonda bizə qələbə verməsələr belə, əlimizdən gələni edərik ki, ürəyimizdəki tikan çıxsın".
 
Qeyd edək ki, Ermənistan mətbuatı 57 kq-da Maqsud Həşmətov və 63 kq-da Malik Həsənovun müvafiq olaraq, Jorjik Marutyan və Qrayr Şahverdyanla görüşə çıxmadığını yazıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest