"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyunun belə ağır keçəcəyini bilirdik. "Neftçi" çempionluğa oynayan, arsenalında keyfiyyətli hücumameylli futbolçular olan komandadır. Bizi təhlükənin haradan gözlədiyini bilirdik. Ona görə komandanı ağır və çətin oyuna hazırlamışdıq. Bizim də öz planımız var idi. Düşünürəm ki, oyun dinamik alındı. Hər iki komanda müdafiə yox, hücum futbolu nümayiş etdirdi. Oyunun ədalətli nəticəsi də heç-heçə idi.
 
Komandanı iki ildir çalışdırıram. İlk gündən tapşırığım mənim istədiyim oyunu, hücum futbolu göstərmək olub. Uduzanda, udanda, heç-heçə olanda da, futbolçuların düzgün oynadığını görürəmsə, məmnun qalıram. Oyunçular mənim istədiyimi verməyəndə məyus oluram. Rəqibdən asılı olmayaraq, şən futbol oynayırıq, öz oyunumuzu göstəririk.
 
Futbolda matç zamanı emosiyalar olur. Görüşün gedişində emosional görünməyimiz təəccüblü olmamalıdır. Məsuliyyət daşıdığımızdan belə olmağımız başadüşüləndir.
 
Nikolas Rayselin oynamaması zədə ilə bağlıdır. Hazırda bərpa prosesi keçir. Onun xidmətindən növbəti oyunlarda yararlana biləcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest