Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail"in qonağı olan "Qarabağ"ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunda "Səbail"in qonağı olan "Qarabağ"ın səfərdəki məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.
 
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi 1:1 hesablı heç-heçəyə qədər rəqib meydanında keçirdiyi son 14 görüşdə də xal qazanıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2019-cu il noyabrın 22-də səfərdə məğlubiyyətlə üzləşib. ötən mövsümə təsadüf edən həmin görüşdə "Sumqayıt" 2:1 hesabı ilə qələbə qazanıb. 
 
"Qarabağ" 15 görüşdə 7 qələbə qazanıb və 8 heç-heçə edib. 
 
Məğlubiyyətsizlik seriyasının 4 matçı ötən, 11 oyunu cari mövsümdə gerçəkləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest