Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi yanvarın 23-də keçiriləcək. Matç.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.
Yarışda iştirak edəcək 24 komanda püşklə 4 qrupa bölünəcək. Bu yığmalardan 4-ü püşksüz qruplara ayrılıb.
Söhbət bu il avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək çempionatın ev sahiblərindən gedir. Macarıstan, Polşa, Slovakiya və Türkiyə fərqli qruplara bölünüb. Digər 20 komanda isə püşkə görə qruplara ayrılacaq. Bu millilər 5 səbətə paylanıb.
AVRO-2017-də göstərdiyi nəticəyə görə növbəti çempionata vəsiqə əldə edən Azərbaycan millisi püşkatmada 3-cü səbətdə qərarlaşacaq. Bu səbətdə Belarus, Ukrayna və Fransa da var ki, onlar ilk qrup mərhələsində komandamızla üz-üzə gəlməyəcək.
Meydan sahiblərindən Türkiyə - A, Polşa B, Macarıstan C, Slovakiya isə D qrupunda mübarizə aparacaq.
1-ci səbət
Serbiya
Hollandiya
İtaliya
Rusiya
2-ci səbət
Almaniya
Belçika
Bolqarıstan
Xorvatiya
3-cü səbət
Belarus
Azərbaycan
Ukrayna
Fransa
4-cü səbət
Rumıniya
Finlandiya
İspaniya
Portuqaliya
5-ci səbət
Sloveniya
İsveçrə
Yunanıstan
Estoniya
Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək.