Premyer Liqanın son qalibi "Neftçi" yeni mövsümün ilk turunda "Qəbələ" ilə qarşılaşacaq. "Qarabağ" isə "Zirə" ilə səfərdə üz-üzə gələcək.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, püşkün nəticəsinə görə, Premyer Liqanın son qalibi "Neftçi" yeni mövsümün ilk turunda "Qəbələ" ilə qarşılaşacaq. "Qarabağ" isə "Zirə" ilə səfərdə üz-üzə gələcək.
 
Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.
 
Azərbaycan Premyer Liqası
2021/22 mövsümü
1-ci tur
 
Zirə – Qarabağ
Neftçi – Qəbələ
Keşlə – Sumqayıt
Sabah – Səbail

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest