Bu gün Tokio-2020-nin tennis yarışlarında mikstlərin (bir qadın və bir kişidən ibarət komandalar) bürünc medalçısı müəyyənləşməli idi. Final matçında Eşli Barti və Con Pirsdən ibarət Avstraliya komandası Nina Stoyanoviç ilə Novak Cokoviçdən təşkil olunmuş serblərlə qarşılaşmalı idi.
 
Matc.az xəbər verir ki, oyun baş tutmayacaq. Bu, Novak Cokoviçlə əlaqədardı. Serb tennisçi sol çiynindəki zədə səbəbindən qarşılaşmaya çıxmaqdan imtina edib. Beləliklə, Avstraliya təmsilçiləri - Eşli Barti və Con Pirs bürünc medal qazanıblar.
 
Qeyd edək ki, Novak Cokoviç fərdlərin mübarizəsində yarımfinalda Aleksandr Zverevə, bürünc medal uğrunda oyunda isə Pablo Karrenyo-Bustaya məğlub olaraq medalsız qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest