Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
 
Matc.az xəbər verir ki, Frişman Belarusun paytaxtı Minskdə qadın voleybolçular arasında çempionlar Liqasının 2-ci raundunun "Minçanka" (Belarus) – "Olimpiakos" (Yunanıstan) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
 
Oktyabrın 14-də "Uruçye" İdman salonunda keçiriləcək qarşılaşmanın hakimləri ukraynalı Andrey Kovalçuk və rusiyalı Aleksander Ryabtsovdur.
 
Qeyd edək ki, bu komandalarının ilk qarşılaşmasında yunanlar 3:2 hesabı ilə qalib gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest