Avropa futbolu Emiliano Sala xəbəri ilə çalxalanmağa davam edir. Matç.az saytının məlumatına görə, artıq futbolçunu yeni klubu “Kardiff Siti” də məşqləri təxirə salıb.

Bu barədə İngiltərə təmsilçisinin icraçı direktoru Ken Çu açıqlama verib. O, hadisədən olduqca mütəəssir olduqlarını deyib: “Təyyarənin itməsi xəbəri bizə çox pis təsir edib. Gözləyirdik Emiliano bazar ertəsi axşamı Kardiffə gələcək və bu gün bizimlə ilk məşqə çıxacaq. Amma hadisələri bilirsiniz. Bu gün səhər qərara aldıq ki, bütün məşqləri təxirə salaq. Klubun bütün əməkdaşları, futbolçuları, texniki heyəti azarkeşlərə dəstəyə təşəkkür edir. Ümidimizi itirmirik və dua edirik ki, tezliklə xoş xəbər alacağıq”.

Hadisədən xəbərsiz oxucularımız üçün bildirək ki, sözügedən faciə Lamanş boğazı üzərində baş verib. Belə ki, argentinalı futbolçu Emiliano Sala “qış transfer pəncərəsi” zamanı “Nant”dan “Kardiff”ə keçmişdi. Uels klubu tarixinin ən böyük məbləğini – 20.5 milyon funt ödədiyi futbolçunun gəlişini gözlərkən Salanın mindiyi özəl təyyarə radardan itib. Cəmi 30 dəqiqə davam etməli uçuşun 15-ci dəqiqəsində hava gəmisindən xəbər almaq mümkün olmayıb. Dünən gecədən davam edən axtarış prosesləri nəticə verməyib.

Qeyd edək ki, oyunçu klubla 2022-ci ilə kimi anlaşmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest