Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Podqoritsa şəhərindəki təlim-məşq mərkəzində Monteneqro millisi ilə qarşılaşıb. Komandamız bu oyundan da məğlubiyyətlə ayrılıb.
 
Azərbaycan millisi yer aldığı E qrupunda 0 xalla qrup sonuncusudur.
 
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
21 oktyabr
 
Monteneqro – Azərbaycan 2:0
Qol: Sladyana Bulatoviç, 5. Andela Toşkoviç, 83.
Baş hakim: Kristina Georgieva (Bolqarıstan).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest