Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”la oyunda (2:1) qələbə qolunu vuran “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov matçdan sonra göz yaşlarını saxlaya bilməyib.

Avropa Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”la oyunda (2:1) qələbə qolunu vuran “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov matçdan sonra göz yaşlarını saxlaya bilməyib. Matc.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Hüseynovun ötən gün nənəsinin rəhmətə getdiyini bildirib:
 
“Dünən nənəsi rəhmətə gedib. Oyundan əvvəl deyirdi ki, nənəmə son nəfəsində qol sözü vermişəm! Ona görə ağlayırdı…”
 
Abbas Hüseynov “Kayrat”la oyunun 90+1-ci dəqiqəsində fərqlənməklə komandasına əzmkar qələbə qazandırıb. “Qarabağ” bu qələbə sayəsində qrupda xallarını 7-yə çatdırıb və liderliyini davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest