Gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa çempionatının qalibləri və onların məşqçiləri ilə görüşüb. Matc.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Fərid Qayıbov gənc idmançıları təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
 
Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.
 
Xatırladaq ki, Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənov (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest