"Sabah" klubunda koronavirusa kütləvi yoluxma aşkarlanıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Məşqçilər Vitali Kovalyov, Ruslan Qafitulun, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyev və futbolçu Mixeil Erqemlidzenin testi müsbət çıxıb. Onlar bu səbəbdən karantinə alınıblar.
 
Korneyev və Qafitullinin testləri ötən həftə, digərləri isə bu həftə müsbət nəticələnib. Erqemlidzedən başqa bütün futbolçuların testi mənfi çıxıb. (Report)
 
"Sabah" noyabrın 27-də Azərbaycan Premyer Liqasının 12-ci turunda "Keşlə" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest