Almaniyanın “Bayern” klubunun hücumçusu Erik Şupo-Motinq koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı futbolçu karantinə alınıb. Kamerunlu forvardın durumunun yaxşı olduğu bildirilib.
 
Münhen təmsilçisində bir neçə gün öncə Erik Şupo-Motinqlə yanaşı, Serj Qnabri, Camal Musiala və Mikael Kyuizans koronavirusa yoluxan şəxslə təmasda olduqları üçün karantinə alınmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest