Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Sabah”la “Keşlə” üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin xeyrinə bitib. Günün digər oyununda son çempion “Neftçi” “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Sumqayıt” bu tur “Zirə”ni (28 noyabr), “Qəbələ” isə “Qarabağ”ı (29 noyabr) qəbul edəcək.

Azərbaycan Premyer Liqası
12-ci tur
27 noyabr

“Sabah” – “Keşlə” 2:1
Qol: A.Seydiyev, 4. A.İsayev, 12 – S.Tounkara, 47.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”, 15:00.

Sabah: 16. Saşa Stamenkoviç, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 26. Tiemoko Fofana, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev, 66. Abdulah Xaybulayev.
Ehtiyat oyunçular: 32. Rustəm Samiqullin, 94. Yusif İmanov, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 50. Samir Abdullayev, 55. Raul Həsənzadə, 97. Qurban Səfərov.
Baş məşqçi: Sənan Qurbanov.

“Neftçi” – “Səbail” 1:0
Qol: V.Əsgərov, 52.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Bakı. “Bakcell Arena”, 18:15.

Neftçi: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 91. Ramon Maçado, 36. Mamadu Kane, 20. Mert Çelik, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 4. Huqo Basto, 14. Romen Bask, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Kamran Ağayev, 17. Elçin Rəhimli, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov.
Məşqçi: Vüqar Məmməd.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest