Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

İkinci oyun gününün yeganə matçında “Sumqayıt”la “Zirə” üz-üzə gəlib. Qonaqlar bu oyunda darmadağına seviniblər.

Xatırladaq ki, ilk oyun günündə “Sabah” “Keşlə”yə 2:1, “Neftçi” “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. Turun qapanış matçında sabah “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
12-ci tur
28 noyabr

“Sumqayıt” – “Zirə” 0:3
Qol: T.Xəlilzadə, 14-pen. Q.Alıyev, 30. C.Diniyev, 79.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.

Sumqayıt: 1. Tərlan Əhmədli, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 27. Nihad Ağayev, 98. Emil Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 25. Vüsal Əliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest