İkinci pillədə qərarlaşmış “Milan” isə səfərdə “Cenoa”nı sınağa çəkib. Milan təmsilçisi rəqibini böyük hesabla məğlub etməklə liderlə aradakı xal fərqini azaldıb.

Futbol üzrə İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Lider “Napoli” “Sassuolo”nun qonağı olub. Neapol təmsilçisi bu oyunda xal itirib.
 
İkinci pillədə qərarlaşmış “Milan” isə səfərdə “Cenoa”nı sınağa çəkib. Milan təmsilçisi rəqibini böyük hesabla məğlub etməklə liderlə aradakı xal fərqini azaldıb.
 
Son çempion “İnter” doğma meydanda “Spetsiya”nı məğlub edib. “Roma” isə “Bolonya” ilə səfər oyununda məğlubiyyətə üzülüb.
 
İtaliya A Seriyası
15-ci tur
30 noyabr
 
Atalanta – Venetsiya 4:0
Qol: Paşaliç, 7; 12; 67. Kopmeyners, 57.
 
Fiorentina – Sampdoriya 3:1
Qol: Kallexon, 23. Vlahoviç, 32. Sottil, 45 – Qabbyadini, 15.
 
Salernitana – Yuventus 0:2
Qol: Dibala, 21. Morata, 70.
 
Verona – Kalyari 0:0
 
1 dekabr
 
Bolonya – Roma 1:0
Qol: Svanberq, 35.
 
İnter – Spetsiya 2:0
Qol: Qalyardini, 36. L.Martines, 58-pen.
 
Cenoa – Milan 0:3
Qol: İbrahimoviç, 10. Messias, 45+2; 61.
 
Sassuolo – Napoli 2:2
Qol: Skamakka, 72. Ferrari, 89 – F.Ruis, 51. Mertens, 60.
 
2 dekabr
 
21:30. Torino – Empoli
23:45. Latsio – Udineze
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest