Azərbaycan yığması türkiyəli voleybolçunu milliləşdirə bilər. Matc.az saytının xəbərinə görə, Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi hazırda "Vakıfbank"da forma geyinən Kübra Akmanla danışıqlar aparır.
 
Türkiyə yığmasının da şərəfini qoruyan 27 yaşlı voleybolçu yaxın zamanlarda qərarını açıqlayacaq.  
 
Qeyd edək ki, Akman Tokio Yay Olimpiya Oyunlarına aparılsa da, oynamaq şansı qazanmamışdı.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest