"Neftçi"nin futbolçusu Emin Mahmudov Premyer Liqanın 14-cü turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunla (1:1) bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, "ağ-qaralar"ın kapitanı "instaqram" hesabında etdiyi paylaşımda bunları qeyd edib:
 
"İlin axırıncı oyununu keçirdik və təəssüf ki, qələbə qazana bilmədik. İnanıram ki, gələn il daha yaxşı oynayıb, daha yaxşı nəticələr qazanacağıq. Dəstəyinizə və yanımızda olduğunuza görə təşəkkür edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest