2021-ci ildə Premyer Liqada 117 oyun keçirilib. Matc.az xəbər verir ki, bunlardan 61-i 2020/21, 56-sı 2021/22 mövsümünə təsadüf edib. Bu matçlarda 288 qol vurulub.
 
Bu il ən çox xal toplayan komanda "Qarabağ" olub. İlin ən yaxşısı olan Qurban Qurbanovun yetirmələri 30 oyunun 2/3-də qalib gəlib. 67 xal toplayan Ağdam təmsilçisi hamıdan çox qol vuran, ən az uduzan və qol buraxan komandadır.
 
Bir matç az keçirən "Neftçi" 10 xal geridədir. Digər komandalar liderlərdən çox geri qalır. "Qarabağ" kimi bir oyun çox keçirən "Səbail" 2021-ci ildə ən az xal toplayan komandadır.
 
 

1

Qarabağ

30

20

7

3

63-16

67

2

Neftçi

29

17

6

6

53-30

57

3

Zirə

29

9

13

7

34-30

40

4

Qəbələ

29

9

10

10

33-38

37

5

Sumqayıt

29

9

8

12

23-31

35

6

Sabah

29

8

9

12

35-44

33

7

Keşlə

29

6

9

14

29-44

27

8

Səbail

30

5

6

19

18-55

21

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest