İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Joao Kanselo ailəsi ilə birgə hücuma məruz qalıb. Matc.az xəbər verir ki, hadisə portuqaliyalı ulduz futbolçunun evində istirahət etdiyi zaman baş verib.
 
4 nəfərlik cinayətkar dəstə Kanselonun yaşadığı evə daxil olub. Bu zaman ailəsini qorumağa çalışan futbolçu onlarla əlbəyaxa olub. Nəticədə futbolçu kiçik xəsarətlər alıb. Soyğunçular Joaonun həyat yoldaşının bəzi zinyət əşyalarını oğurlamağı bacarıblar. Bunu futbolçu sosial şəbəkə hesabında paylaşdığı şəkillə birgə açıqlayıb:
 
"Təəssüf ki, məni və ailəmi qorxutmağa çalışan 4 nəfərin hücumuna məruz qaldım. Onlara müqavimət göstərdikdə isə belə hallarla qarşılaşdım. Evdəki bütün zinyət əşyalarını oğurladılar və üzümü bu hala saldılar. İnsanlar necə belə axmaq işlərlə məşğul ola bilir, anlamıram. Mənim üçün ən önəmli məqam ailəmin yaxşı olmasıdır. Həyatımdakı bir çox əngəl kimi, bunu da aşacağam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest