Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I dövrənin növbəti oyunu təşkil olunub. Matc.az xəbər verir ki, III tur çərçivəsində "Neftçi və "Exspress" komandaları üz-üzə gəlib.
 
"Murov" voleybol klubunun idman zalında təşkil olunan matç "Neftçi"nin qələbəsi ilə yekunlaşıb. Görüşə 25:20 hesabı ilə qalib başlayan "Neftçi", ikinci hissədə də 15 xal fərqi ilə qalib gəlib - 25:15. üçüncü set görüşün son seti olub. Bu setdə də 25:16 hesabı ilə qalib gələn "Neftçi" çempionatda ilk qələbəsini rəsmiləşdirib.
 
Yüksək Liqa
III  tur
29 yanvar
 
"Neftçi" – "Exspress" 3:0 (25:20, 25:15, 25, 16)
 
Qeyd edək ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4 görüş keçirilib. Bu matçlardan sonra "Ekspress" (3-3), "Neftçi" (4-3), MOİK (4-4) və "Murov" (3-1) komandaları 3 xala malikdir, "Sərhədçi"nin (0-3) isə xalı yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest