Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda keçiriləcək "Qarabağ" – "Qəbələ" qarşılaşmasının biletləri oyun günü - martın 6-da saat 11:00-dan satışa çıxarılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 10 manat təşkil edir.
 
"Azərsun Arena"da baş tutacaq "Qarabağ" – "Qəbələ" matçına saat 19:15-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest