"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunun "Qarabağ"la oyunundan sonra mətbuat konfransında iştirak edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunun "Qarabağ"la oyunundan sonra mətbuat konfransında iştirak edib. Matc.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi 1:5 hesabıyla uduzduqları oyun haqda bunları söyləyib:
 
- Bilirdik ki, çətin oyun olacaq. "Qarabağ"ın reklama ehtiyacı yoxdur. çempionatımızın çempionluğa layiqli lideridir. Oyundan öncə də komandanı ağır oyuna hazırlayırdıq və inanırdıq ki, komanda "Qarabağ"a qarşı yaxşı oyun nümayiş etdirəcək. İlk hissədə düşündüklərimizi yerinə yetirməyə çalışırdıq. Təbii ki, "Qarabağ" imkan verdiyi qədər. Amma "Qarabağ" fasilədən sonra tempi qaldırdı və boşluqlar verdik. Onlar bundan yararlandı.
 
- Qırılma nöqtəsi nə oldu?
- Omar Hanni meydandan çıxdı. Oyunöncəsi daha çox Omarın üstündə dayanmışdıq. Qırılma nöqtəsi "Qarabağ"ın bizə göstərdiyi təzyiqdən irəli gəldi. "Qarabağ" nə qədər imkan verdisə, o qədər oynadıq.
 
- Qapıçının səhvləri nə qədər önəmli oldu?
- Tək qapıçının üstünə düşmək istəməzdim. Kimsə səhv edir ki, qol görürsən. Nicat inandığım qapıçıdır, qarşıdakı oyunlarda da onun üzərində dayanacam.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest