"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turunun "Qəbələ" ilə matçından sonra mətbuat konfransında iştirak edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turunun "Qəbələ" ilə matçından sonra mətbuat konfransında iştirak edib. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 5:1 hesabıyla qalib gəldikləri oyun haqda bunları söyləyib:
 
"çox danışmayacam. Futbolçularımı təbrik edirəm. Rəqibə uğurlar arzulayıram, yaxşı komandadır. Möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. çoxdandır ki, bu arenada oynamamışdıq. Hamı üçün xoş oldu. Əsl bolqollu futbol oldu. Hər iki komandaya uğurlar arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest