"Neftçi" Premyer Liqanın 19-cu turunda qarşılaşacağı "Sumqayıt"la matçın hazırlığını davam etdirir.  Matc.az xəbər verir ki, "Səbail"lə oyunun ertəsi bərpa məşqi edən "ağ-qaralar" bir günlük fasilədən sonra martın 8-də hazırlığa başlayıb.
 
Bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.
 
Qeyd edək ki, "Neftçi" – "Sumqayıt" görüşü martın 13-də "Bakcell Arena"da keçiriləcək. Qarşılaşmaya saat 18:15-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest